Haqqımızda

 

2017-ci ildən etibarən  NanoKim MMC olaraq,  müasir tikinti sənayesinin tələblərinə uyğun  yüksək keyfiyyətli beton və sement qatqıları istehsal edirik.  Hazırda ölkəmizlə yanaşı  Gürcüstan Respublikasında da tikinti sənayesinin inkişafında müstəsna rolu olan etibarlı istehsalçılardan biri kimi fəaliyyətimizi davam etdirirk.

Beton və sement qatqıları müasir tikinti texnologiyasının vacib elementlərindən biridir. Beton konstruksiyaların möhkəmliyi, davamlılığı və uzunömürlülüyünü artırmaq üçün müxtəlif kimyəvi və mineral qatqılardan istifadə edilir.  Bu qatqılar beton qarışığının fiziki, kimyəvi və texniki xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə xüsusi formulalar əsasında hazırlanır.

NanoKim MMC tərəfindən istehsal olunan qatqılar betonun işlənmə qabiliyyətini yaxşılaşdırır, su sərfini azaldır, möhkəmliyi artırır və müxtəlif iqlim şəraitində betonun stabil performansını təmin edir. Beton qatqıları funksiyalarına görə bir neçə əsas qrupa bölünür :

Sərtləşmə sürətləndirici :
Bu qatqılar betonun daha tez bərkiməsini təmin edir və erkən möhkəmlik əldə olunmasına kömək edir. Xüsusilə soyuq hava şəraitində aparılan tikinti işləri üçün effektiv həll hesab olunur.

Sərtləşmə gecikdirici :

İsti hava şərtlərində betonun temperaturunun yüksək olması nəticəsində normadan tez hidratasiya baş verir. Nəticədə optimal olmayan bərkimə betonda çatların yaranmasına  və müqavimətin azalmasına səbəb olur .  Bu qatqılardan istifadə bərkiməni gecikdirməklə, bu  kimi problemləri aradan qaldırır.

Hava daxil edən :
Bu qatqılar betonun daxilində mikroskopik hava qabarcıqları yaradır və nəticədə betonun donma və ərimə dövrlərinə qarşı davamlılığı artır.

Su keçirməzlik :

Betonda kapilyar su keçiriciliyini  minimuma endirməklə, muxtəlif təyziqlərdə betonun su keçirməsinin qarşısını alır  və hidrotexniki qurğular, su anbarları və yeraltı konstruksiyalar üçün yüksək effektivlik təmin edir.

Antifriz  :

Soyuq iqlim şəraitində beton tökülməsi zamanı betonun donmasının qarşısını alır və normal bərkimə prosesini təmin edir.

 

FOTO QALEREYA

BETON

Beton uzun illərdən bəri ən önəmli inşaat materialı olma özəlliyini bu günədək qoruyub saxlamaqdadır. Günümüzdədə beton inşaatın bir çox sahələrində istifadə olunur. Bu tikintilərin sırasına yollar, su bəndləri, körpülər, yaşayış binaları, idman qurğuları, metro tikintisi, hava və dəniz limanları və s. saymaq olar. Betona daha asan forma verilməsi, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı, daha ucuz və rahat əldə edilməsi, istifadə və pratikliyi ona tələbatın daha da artmasına gətirib çıxarır.
 
Beton sement, doldurucu, su və uyğun qatqı materiallarının düzgün hesablamalar nəticəsində və müəyyən olunmuş bir istehsal texnalogiyasına uyğun olaraq müəyyən olunmuş miqdarlarda qarışdırılması ilə əldə olunan, başlanğıcda plastik halda olub zamanla sement hidratasiyası nəticəsində qatılaşıb istənilən şəkli alaraq sərtləşən homojen bir tikinti materialıdır.
 
BETON XÜSUSİYYƏTLƏRİ - yaxşı beton təzə töküldüyü zaman rahat daşma bilməli, rahat pompalanmalı və bu işlər görülərkən betonda ayrışma olmamalıdır.
 
Betonun keyfiyyəti onun tərkibinə daxil olan materialların struktur göstəricilərindən, qarışığın diqqətlə qarışdırılmasından, onun bərkimə şəraitindən və s. amillərdən asılıdır.
 
Betonun keyfiyyət göstəricilərini şərti olaraq texniki və inşaat göstəricilərinə bölmək olar. Texniki göstəricilərə möhkəmlik, sürüşgənlik, şaxtaya davamlılıq, sukeçirməzlik, kimyəvi davamlılıq, istilik keçirmə, çata davamlılıq, yığışma və s. aiddir. Bərkimiş beton bu texniki göstəricilərin tələbini təmin etməlidir.
 
Betonun inşaat göstəriciləri onun tərkibi, beton qarışığının keyfiyyəti və istehsal şəraiti ilə əlaqədardır. İnşaat göstəricilərinə beton qarışığındakı çınqılın (qırmadaşın) maksimal iriliyi, qarışığın plastikliyi, sərtliyi, betonun bərkimə şəraiti və qəlibin açılması üçün əldə edilən möhkəmliyi aiddir.
 
Betonun müqaviməti adətən qarışıma girən su miqdarı azaldıqca artar.Yəni beton müqaviməti ilə beton qarışımına girən su miqdarı arasında tərs mütənasiblik var.
 
Beton donma əriməyə, islanma və qurumaya, isinmə və soyumağa, zərərli ətraf mühit təsirlərinə davamlı olmalıdır.
 
Havanın orta tempraturu 3 gün müddətində ard arda +50C dərəcənin altına və ya +300C dərəcənin üstündə olduğu hal betonun müqavimət və dayanıqlığının təhlükəyə salacaq ani temperatur dəyişməsi halıdır.