|
Xüsusiyyətləri: qatqısız betonla müqayisədə, betonun ilkin və son müqavimətini artırır. Betonun sıxılmaya və əyilməyə qarşı davamlılığını gücləndirir.
Betonun bərkimə müddətini sürətləndirir.
Betonda axışqanlıq yaradaraq daha rahat yerləşməsini təmin edir.
Su miqdarını böyük miqdarda azaldır.
Daha aşağı su/sement nisbəti ilə yüksək müqavimət yaradır.
Betonun hamar səthə malik olmasına kömək edir.
Betonun suya və soyuğa qarşı davamlılığını
artırır.
NANOCON SP 900 W-nin tərkibində aşınmaya səbəb ola biləcək maddələr yoxdur.
İstifadə sahələri: Hazır beton qarışığı istehsal edən zavodlarda, bəndlər, dirəklərdə, hamar səthli beton istehsalında, bünövrə, döşəmə, sədlər və sütunlarda.
İstifadə qaydası: doldurucu və bağlayıcı (sement-mikro silika-uçucu kül-curuf) homojen bir görüntü əldə olunana qədər qarışdırılmalıdır. Qarışım suyunun %70i quru qarışıma əlavə edildikdən sonra, NANOCON SP 900 W qalan suya qarışdırılaraq qarışıma əlavə olunmalı və yetərincə qarışdırılmalıdır.
|