NANOCON PC 515

           Yüksək performansli, hiper axışqanlaşdırıcı beton qatqısıdır.

           Məhsul haqqında: NANOCON PC 515 modifikasiyali polikarboksilat əsaslı, betonda yüksək miqdarda su azaldaraq betona öz-özünə yayıla bilmə xüsusiyyəti verən yeni nəsil hiper axışqanlaşdırıcı beton qatqısıdır. 

Xüsusiyyətləri: Hazır beton sənayesində tələb olunan yüksək möhkəmlik və müqaviməti təmin etmək üçün həll vasitəsi kimi təkmilləşdirilmişdir.
Erkən yüksək müqavimət almağa köməklik edir.
Betonun suya olan ehtiyacını yüksək miqdarda azaldır.
Aşağı su/sement nisbətində belə betona mükəmməl bir axışqanlıq verərək öz-özünə yayılma effekti yaradır. Vibrasiya ehtiyacını aradan qaldırır. Betonun karbonlaşma sürətini azaldır. Mükəmməl səth görünüşü əldə etməyə imkan yaradır.
Ayrışma və suyun beton səthinə çıxmasına səbəb olmur.
Tərkibində aşındırıcı komponent yoxdur. 
İstifadə sahələri: İlkin yüksək möhkəmlik hesabına yüksək davamlılıq və müqavimət tələb edən hazır beton qarışığı istehsalında. 
Seqreqasiya riski olmadan öz-özünə yerləşən beton istehsalında.
Yüksək keyfiyyətli beton istehsalında, körpülər, keçidlər kimi sal təməllərdə. 
Sənaye döşəmələrində 
Hava limanlarında
Betonun aşınma təsirinə məruz qaldığı tikintilərdə
Sıx dəmir karkaslı körpü tirlərində 
Prefabrik betonlarda istifadə olunur. 
İstifadə qaydası: aqreqa və bağlayıcı (sement- mikro silika-uçucu kül) homojen bir görüntü əldə olunana kimi qarışdırılır. Qarışım suyunun
%70-i qum qarışma əlavə edildikdən sonra
NANOCON PC 515 qalan suya qarışdırılaraq qarışma əlavə edilməli və lazımınca qarışdırılmalıdır.
 
 
 
 
 
 
 
 
 
 
 

Texniki göstəriciləri:

Kimyəvi tərkibi: polikarboksilat əsaslı     

Forma: maye Rəng: açıq qəhvəyi 

Ph: 4-8
Sıxlıq: 1.07±0.02kg/l(20°C)
Xlor%: <0.1 
Qələvi %: < 10
Sərfiyyat: NANOCON PC 515, toplam bağlayıcı ağırlığının (sement miqdarının) % 0.5-2.0 miqdarında (iqlim şərtlərinə və betonu formalaşdıran digər xüsusiyyətlərdən asılı olaraq) betona qatılır.
Qablaşdırma: plastik bidon (35 kg),
çəllək (250 kg),
çən (1000kq)
Saxlanma müddəti: +50C ilə +350C orta hava tempraturunda depolanmalıdır.
Saxlanma müddəti, uyğun depolama şəraitində, açılmamış və zərər görməmiş qapalı orijinal qablaşdırmada istehsal tarixindən etibarən 12 aydır.
XƏBƏRDARLIQ: beton dizaynı və qatqının istifadə miqdari istənilən beton sinfi və xüsusiyyətinə görə öncədən alınmış labo-ratoriya sınaqları ilə müəyyən olunmalıdır.

 

FOTO QALEREYA

BETON

Beton uzun illərdən bəri ən önəmli inşaat materialı olma özəlliyini bu günədək qoruyub saxlamaqdadır. Günümüzdədə beton inşaatın bir çox sahələrində istifadə olunur. Bu tikintilərin sırasına yollar, su bəndləri, körpülər, yaşayış binaları, idman qurğuları, metro tikintisi, hava və dəniz limanları və s. saymaq olar. Betona daha asan forma verilməsi, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı, daha ucuz və rahat əldə edilməsi, istifadə və pratikliyi ona tələbatın daha da artmasına gətirib çıxarır.
 
Beton sement, doldurucu, su və uyğun qatqı materiallarının düzgün hesablamalar nəticəsində və müəyyən olunmuş bir istehsal texnalogiyasına uyğun olaraq müəyyən olunmuş miqdarlarda qarışdırılması ilə əldə olunan, başlanğıcda plastik halda olub zamanla sement hidratasiyası nəticəsində qatılaşıb istənilən şəkli alaraq sərtləşən homojen bir tikinti materialıdır.
 
BETON XÜSUSİYYƏTLƏRİ - yaxşı beton təzə töküldüyü zaman rahat daşma bilməli, rahat pompalanmalı və bu işlər görülərkən betonda ayrışma olmamalıdır.
 
Betonun keyfiyyəti onun tərkibinə daxil olan materialların struktur göstəricilərindən, qarışığın diqqətlə qarışdırılmasından, onun bərkimə şəraitindən və s. amillərdən asılıdır.
 
Betonun keyfiyyət göstəricilərini şərti olaraq texniki və inşaat göstəricilərinə bölmək olar. Texniki göstəricilərə möhkəmlik, sürüşgənlik, şaxtaya davamlılıq, sukeçirməzlik, kimyəvi davamlılıq, istilik keçirmə, çata davamlılıq, yığışma və s. aiddir. Bərkimiş beton bu texniki göstəricilərin tələbini təmin etməlidir.
 
Betonun inşaat göstəriciləri onun tərkibi, beton qarışığının keyfiyyəti və istehsal şəraiti ilə əlaqədardır. İnşaat göstəricilərinə beton qarışığındakı çınqılın (qırmadaşın) maksimal iriliyi, qarışığın plastikliyi, sərtliyi, betonun bərkimə şəraiti və qəlibin açılması üçün əldə edilən möhkəmliyi aiddir.
 
Betonun müqaviməti adətən qarışıma girən su miqdarı azaldıqca artar.Yəni beton müqaviməti ilə beton qarışımına girən su miqdarı arasında tərs mütənasiblik var.
 
Beton donma əriməyə, islanma və qurumaya, isinmə və soyumağa, zərərli ətraf mühit təsirlərinə davamlı olmalıdır.
 
Havanın orta tempraturu 3 gün müddətində ard arda +50C dərəcənin altına və ya +300C dərəcənin üstündə olduğu hal betonun müqavimət və dayanıqlığının təhlükəyə salacaq ani temperatur dəyişməsi halıdır.