NANOCON MR 313 S

          Su azaldıcı/orta axışqanlaşdırıcı beton qatqısı.

          Məhsul haqqında: NANOCON MR 313 S isti havalarda betonun sürətli axarlılıq itirməsinin qarşısını alan və mexaniki xüsusiyyətlərini artırmaq məqsədi ilə istifadə olunan su azaldıcı/bərkiməni ləngidən/orta axışqanlaşdırıcı kimyəvi veton əlavəsidir. 

Xüsusiyyətləri: qatqısız betona görə betonun son müqavimətini artırır.
Betonun bərkimə müddətini uzadır.
Betonda axışqanlıq yaradaraq daha rahat yerləşməsini təmin edir.
Su miqdarını azaldır.
Betonun su keçirimsizliyini artırır.
Betondakı axarlılığın uzun müddət qalmasına kömək edir.
Tərkibində aşınmaya səbəb ola biləcək 
maddələr yoxdur.
İstifadə sahələri:
Pompalı və pompasız hazır beton istehsalında Döşəmə örtüklərində, bünövrə və tikinti meydançalarında
İsti havalarda daşıma məsafəsi uzun olan və uzunmüddətli beton tökmələrində, dəmir karkaslı və karkassız, yüngül və ya normal ağırlıqlı hər növ beton istehsalında. 
İstifadə qaydası: doldurucu və bağlayıcı 
(sement-mikro silika-uçucu kül-curuf) homojen bir görüntü əldə olunana qədər qarışdırılmalıdır. Qarışım suyunun %70i quru qarışıma əlavə edildikdən sonra, NANOCON MR 313 S qalan suya qarışdırılaraq qarışıma əlavə olunmalı və yeterincə qarışdırılmalıdır.
Texniki göstəriciləri:
Kimyəvi tərkibi: lignin sulfonat əsaslı 
Forma: maye 
Rəng: tünd qəhvəyi 
Ph: 5-10
Sıxlıq: 1.16±0.03kg/l(20°C)
Xior%: <0.1 
Qələvi %: < 10
Sərfiyyat: NANOCON MR 313 S bağlayıcı ağırlığının %0.6-1.5 miqdarında (iqlim şərtlərinə və betonu formalaşdıran digər xüsusiyyətlərdən asılı olaraq) betona qatılır. 
Qablaşdırma:
plastik bidon (30 kg) 
çəllək (250 kq) 
çən (1000 kq)
Saxlanma müddəti: +50C ilə +350C orta hava tempraturunda depolanmalıdır.
Saxlanma müddəti, uyğun depolama şəraitində, açılmamış və zərər görməmiş qapalı orijinal qablaşdırmada istehsal tarixindən etibarən 12 aydır.
XƏBƏRDARLIQ: beton dizaynı və qatqının istifadə miqdarı istənilən beton sinfi
və xüsusiy-yətinə görə öncədən edilmiş laboratoriya sınaqları ilə müəyyən
olunmalıdır.

 

FOTO QALEREYA

BETON

Beton uzun illərdən bəri ən önəmli inşaat materialı olma özəlliyini bu günədək qoruyub saxlamaqdadır. Günümüzdədə beton inşaatın bir çox sahələrində istifadə olunur. Bu tikintilərin sırasına yollar, su bəndləri, körpülər, yaşayış binaları, idman qurğuları, metro tikintisi, hava və dəniz limanları və s. saymaq olar. Betona daha asan forma verilməsi, fiziki və kimyəvi təsirlərə dayanıqlılığı, daha ucuz və rahat əldə edilməsi, istifadə və pratikliyi ona tələbatın daha da artmasına gətirib çıxarır.
 
Beton sement, doldurucu, su və uyğun qatqı materiallarının düzgün hesablamalar nəticəsində və müəyyən olunmuş bir istehsal texnalogiyasına uyğun olaraq müəyyən olunmuş miqdarlarda qarışdırılması ilə əldə olunan, başlanğıcda plastik halda olub zamanla sement hidratasiyası nəticəsində qatılaşıb istənilən şəkli alaraq sərtləşən homojen bir tikinti materialıdır.
 
BETON XÜSUSİYYƏTLƏRİ - yaxşı beton təzə töküldüyü zaman rahat daşma bilməli, rahat pompalanmalı və bu işlər görülərkən betonda ayrışma olmamalıdır.
 
Betonun keyfiyyəti onun tərkibinə daxil olan materialların struktur göstəricilərindən, qarışığın diqqətlə qarışdırılmasından, onun bərkimə şəraitindən və s. amillərdən asılıdır.
 
Betonun keyfiyyət göstəricilərini şərti olaraq texniki və inşaat göstəricilərinə bölmək olar. Texniki göstəricilərə möhkəmlik, sürüşgənlik, şaxtaya davamlılıq, sukeçirməzlik, kimyəvi davamlılıq, istilik keçirmə, çata davamlılıq, yığışma və s. aiddir. Bərkimiş beton bu texniki göstəricilərin tələbini təmin etməlidir.
 
Betonun inşaat göstəriciləri onun tərkibi, beton qarışığının keyfiyyəti və istehsal şəraiti ilə əlaqədardır. İnşaat göstəricilərinə beton qarışığındakı çınqılın (qırmadaşın) maksimal iriliyi, qarışığın plastikliyi, sərtliyi, betonun bərkimə şəraiti və qəlibin açılması üçün əldə edilən möhkəmliyi aiddir.
 
Betonun müqaviməti adətən qarışıma girən su miqdarı azaldıqca artar.Yəni beton müqaviməti ilə beton qarışımına girən su miqdarı arasında tərs mütənasiblik var.
 
Beton donma əriməyə, islanma və qurumaya, isinmə və soyumağa, zərərli ətraf mühit təsirlərinə davamlı olmalıdır.
 
Havanın orta tempraturu 3 gün müddətində ard arda +50C dərəcənin altına və ya +300C dərəcənin üstündə olduğu hal betonun müqavimət və dayanıqlığının təhlükəyə salacaq ani temperatur dəyişməsi halıdır.